Bakıda 18 yaşlı sürücü 20 yaşlı piyadanı avtomobillə vuraraq öldürüb

Bakıda avtomobil yolu keçmək istəyən 20 yaşlı gənci vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə sentyabrın 8-də baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Zamanov Anar Vüqar oğlu etibarnamə əsasında idarə etdiyi “Honda CIVIC” markalı minik avtomobili ilə Babək prospektindən üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu əks istiqamətdə keçmək istəyən 2002-ci il təvəllüdlü Əlibəyov Elmar Səfərbəy oğlunu ehtiyatsızlıqdan vurub, nəticədə sonuncu ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsində 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

0.38732409477234