Runi Qərb derbisində “Turan Tovuz”a qələbə qazandırdı – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Xeber-ps.com xəbər verir ki, turun ilk oyunu Qərb derbisi olub.

“Turan Tovuz” evdə "Kəpəz"i qəbul edib.

Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində hər iki qolu Runi Eva Vankevai vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 10-a çatdıran “Turan Tovuz” 4-cü pilləyə yüksəlib.

Xalı olmayan “Kəpəz” isə sonuncudur.

Qeyd edək ki, turun digər 4 matçı şənbə və bazar günləri oynanılacaq. Sentyabrın 10-da “Qəbələ” – “Neftçi” və “Səbail” – “Zirə”, bir gün sonra isə “Sumqayıt” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları baş tutacaq.

0.38960790634155