Avropa açıq turnirində Azərbaycanın iki cüdoçusu finala vəsiqə qazanıb

İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın iki cüdoçusu finala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, onlardan biri 60 kq çəki dərəcəsində yarışan Rövşən Əliyevdir.

O, yarımfinalda milliyyətcə özbək olan Dilşad Xalmatova (Ukrayna) "Golden Score"da ipponla qalib gələrək finala çıxıb.

Əliyevin finaldakı rəqibi Salih Yıldız (Türkiyə) olacaq.

66 kq çəki dərəcəsində Azərbaycanın Avropa çempionu Orxan Səfərov da finala çıxaraq həlledici görüşdə yarışmaq hüququ qazanıb.

Səfərov yarımfinalda israilli Qay Qutmana ipponla qalib gəlib.

Onun finaldakı rəqibi Reda Sedduki (Fransa) olacaq.

Bundan başqa, Nazir Talıbov (60 kq) bürünc medal uğrunda Dilşad Xalmatovla (Ukrayna) bürünc medal görüşünə çıxacaq.

Kəramət Hüseynov və Yaşar Nəcəfov (hər ikisi 66 kq) medalsız qalıb.

0.39361095428467