“Real” “Malyorka”nı qol vurduğuna peşman etdi – VİDEO

İspaniya La Liqasında V tur davam edir.

Xeber-ps.com xəbər verir ki, turun maraqlı görüşlərindən biri Madriddə baş tutub.

“Real” “Malyorka”nı qəbul edib.

Oyunda hesabı qonaqlar açıb. Vedat Muriç 35-ci dəqiqədə “Malyorka”nı hesabda önə çıxarıb.

Bundan sonra “kral klubu” rəqibini qol vurmağa peşman edib.

Əvvəlcə ilk hissəyə əlavə olunmuş 3-cü dəqiqədə Valverde tarazlıq yaradıb.

İkinci hissədə isə Vinisius (72), Rodriqo (89) və Rüdiger (90+3) qolları ilə daha üç dəfə sevinən “Real” yekunda 4:1 hesablı darmadağına sevinib.

0.35724210739136