“İndiana Cons”un beşinci hissəsi Harrison Fordun son qayıdışı olacaq

Harrison Ford beşinci hissədən sonra “İndiana Cons” roluna qayıtmaq planının olmadığını təsdiqləyib.

Bu barədə o, “D23 Expo” tədbiri zamanı məlumat verib.  

Aktyor həmçinin filmin tamaşaçıları həqiqətən heyran edəcəyinə söz verib.

Ford bildirib ki, filmdə fentezi elementləri olacaq.

Qeyd edək ki, yeni “İndiana Cons” 30 iyun 2023-cü ildə təqdim olunacaq. Rollarda Antonio Banderas və Mads Mikkelsen də olacaq.

Filmin rejissoru Ceyms Manqolddur.

Mənbə: kanobu.ru

0.37495517730713