“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəyə başlayır

“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə start verəcək.

“Report”un məlumatına görə, Zaur Hacıyevin baş məşqçisi olduğu komanda I mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gələcək.

“Polyud” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüşü David Smaytsın başçılıq etdiyi sloveniyalı hakimlər idarə edəcəklər.

Qeyd edək ki, cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.

0.42021799087524