İngiltərə çempionatında səkkizinci turun üç oyunu təxirə salındı

İngiltərə Premyer Liqası kraliça II Elizabetin dəfn mərasimi ilə bağlı baş verənlərlə əlaqədar futbol üzrə İngiltərə çempionatının səkkizinci turunun üç oyununu təxirə salıb.

Bu barədə bazar ertəsi Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Liqa rəhbərliyi “Brayton” – “Kristal Pelas”, “Çelsi” – “Liverpul” və “Mançester Yunayted” – “Lids” görüşlərini təxirə salmaq qərarına gəlib.

Bu matçların yeni tarixləri daha sonra açıqlanacaq.

Mənbə: TASS

0.32563304901123