Şəmkirdə avtomobil ağaca çırpıldı: Xəsarət alan var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobillin sürücü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı 1995-ci ildə anadan olmuş Nadir Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.41849708557129