Rəqibini göydə oynadan güləşçimiz Taleh Məmmədov: “Erməniyə məğlub olmamış gedəcəyəm” - VİDEO

Belqraddakı dünya çempionatında ermənistanlı Qraçya Poqosyana qalib gələrək bürünc medala yiyələnən Taleh Məmmədov görüşdən sonra müsahibə verib. 

Baku TV xəbər verir ki, o, indiyə qədər erməni rəqibinə uduzmadığını deyib.

“Karyeramı bu il sonlandırsam, başıdik, erməniyə məğlub olmamış gedəcəyəm”, - deyə T.Məmmədov qeyd edib.

Bürünc medal sahibi qazandığı qələbəni komandiri şəhid Elçin Mansurova həsr etdiyini deyib.

Qeyd edək ki, 63 kq-da mübarizə aparan Taleh turnirə 1/8 finaldan start verib. O, bu mərhələdə latviyalı Aleksandrs Yunksarnsa qalib gəlib. 1/4 finalda kubalı Luis Alberto Orta Sançezi məğlub edən pəhləvanımız yarımfinalda yerli idmançı Sebastyan Nada rəqib olub. Burada uduzan yunan-Roma güləşçimiz bürünc medal uğrunda ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb və 10-4 hesablı qələbə qazanıb. 

Əlavə edək ki, hazırda millimizin aktivində beş medal var. Dünya çempionatına sentyabrın 13-də yekun vurulacaq.

Ətraflı videonu təqdim edirik:

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Xeber-ps.com (@oxuaz)

0.36570405960083