Konfrans Liqası: “Sivasspor” Rumıniya klubuna qalib gəldi

UEFA Konfrans Liqasının qrup mərhələsində II tura start verilib.

Türkiyənin turnirdəki təmsilçilərindən “Sivasspor” G qrupunda Rumıniyada ÇFR komandası ilə qarşılaşıb.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 28-ci dəqiqədə Maks Qradel vurub.

Qeyd edək ki, Türkiyənin “Başakşehir” klubu isə A qrupunda İtaliya “Fiorentina”sını qəbul edəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

E qrupu

“Apollon” (Limassol, Kipr) – “Dnepr-1” (Ukrayna) - 1:3

“AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) - 4:1

F qrupu

“Yurqorden” (İsveç) – “Molde” (Norveç) - 3:2

“Gent” (Belçika) – “Şemrok Rovers” (İrlandiya) - 3:0

G qrupu

ÇFR (Rumıniya) – “Sivasspor” (Türkiyə) - 0:1

“Slaviya” (Praqa, Çexiya) – “Balkani” (Kosovo) - 3:2

H qrupu

“Jalgiris” (Litva) – “Bazel” (İsveçrə) - 0:1

“Pünik” (Ermənistan) – “Slovan” (Bratislava, Slovakiya) - 2:0

0.32260012626648