Fuad Əliyev: Xanım Pelosinin bu bəyanatları regionda gərginliyin daha da artmasına xidmət edir

18 sentyabr 2022-ci il tarixində Ermənistana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bölgədəki vəziyyəti təhrif edən açıqlaması ilə gündəmə gəlib. Pelosi 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insidentlə bağlı Azərbaycana qarşı əsasız və ədalətsiz ittihamlar irəli sürüb. Pelosi Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatı və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının alınması və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilməsini gözardına alaraq, ikilistandartlı yanaşmadan əl çəkməyib. Görünən odur ki, ABŞ II Qarabağ savaşında Azərbaycanın qazandığı zəfəri həzm edə bilmir və ardıcıl ölkəmizə qarşı manevrlər edir.

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi partiyalar ABŞ Nümayəndələr Palatasının spikerini qınayıb və onu haqqın yanında olmağa çağırıb.

ALDP sədri Fuad Əliyev bildirib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və səfərdə verilən bəyanatları reqionda sülhə yox, gərginliyin daha da artırmasına xidmət edir:

 

“Fikrimcə onun əsas məqsədi Cənubi Qafqazda davamlı sülhün, sabitliyin təmin olunmasına maneə yaratmaq, separatizmi stimullaşdırmaq, ziddiyyətləri dərinləşdirmək niyyəti güdür. Xanım Pelosi açıq-aşkar ermənilərə olan sevgesini nümayiş edir. Onu müşayiət edənlərdən üçü erməni əsilli idilər. Xanım Pelosinin Azərbaycan və Türkiyəyə qarşı söylədiyi fikirlər onun anti-türk düşərqənin üzvü kimi büruzə verir.

ABŞ-da ən qəti ermənipərəst siyasətçilərdən biri kimi tanınır.

Xanım Perisin açıqlaması baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. "Ədalətdən" danışan xanım Pelosi bu vaxta kimi Azərbaycana qarşı Ermənistanın təcavüz, işğalçılıq siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi, milyondan çox azərbaycanlının öz ata-baba yurdlarından didərgin düşməsi və digər bu kimi ağır cinayətlərlə bağlı məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.

Hesab edirəm ki, xanım Pelosinin bu bəyanatları ciddi zərbədir və ümumilikdə bu regionda gərginliyin daha da artmasına xidmət edir. ALDP olaraq ABŞ Konqresinin bu cür ədalətsiz mövqe tutmasını şiddətlə qınayırıq”.

0.3139910697937