Conni Depp vəkili ilə eşq yaşayır

Həyat yoldaşı ilə qalmaqallı boşanma prosesindən sonra məşhur aktyor Conni Deppin onu bu işdə təmsil edən vəkil Coel Riçlə yaxın münasibət qurub.

İddialara görə, cütlüyün romantik münasibətləri bir neçə aydır ki, davam edir. Bildirilir ki, onlar əvvəlcə hotellərdə gizli görüşüblər, indi isə artıq heç kimdən gizlənmirlər.

Deyilənlərə görə, aktyorla vəkilini aralarındakı münasiibət ciddidir.

Qeyd edək ki, Conni Coel ilə tanış olanda xanım hələ evli olub. Amma hazırda o, artıq boşanır. Vəkilin və keçmiş əri ilə iki övladı var.

Mənbə: peopletalk.ru

1.5215940475464