FHN: Ötən sutka ərzində 51 yanğına çıxış olub, iki nəfər xilas edilib – VİDEO

“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və iki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində iki nəfər xilas edilib.

0.36306810379028