MİDA-nın yeni mənzillərinin satışı başlanır

“Bu gün saat 15:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilir”. 

Xeber-ps.com-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. 

O qeyd edib ki, mənzil seçimlərin edilməsi ilə bağlı proses hüquq-mühafizə orqanlarının nəzarətindədir.

O əlavə edib ki, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılır.

İlhamə Əbülfət

0.33743000030518