Sumqayıt sakinləri Qubada qəzaya düşdülər

Qubanın Qam-Qam kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çarpılması nəticəsində qeydə alınıb.

Xəsarət alanlar - Sumqayıt şəhər sakinləri, sürücü 1980-cı il təvəllüdlü Elşən Məcid oğlu Ramazanov və onun sərnişini 1994-cü il təvəlludlü Lütfiyyə Məmməd qızı Ramazanova Quba Rayon Diaqnostika mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.37751483917236