Bərdədə avtomobil iki piyadanı vurub, biri ölüb

Bərdədə avtomobil vurduğu iki piyadadan biri ölüb.

APA-nın xəbərinə görə, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib.

Yolu keçmək istəyən İsmayılova Röya Qoşqar qızı həyatını itirib, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

0.32834696769714