Serbiya millisinin kapitanı DÇ-2022-də Ukraynaya dəstək üçün sarğı taxmaqdan imtina etdi

Futbol üzrə Serbiya yığmasının kapitanı Duşan Tadiç 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının təşkilat komitəsinin bir sıra tələblərini yerinə yetirməkdən imtina edib.

Məlumta görə, söhbət turnirin oyunları zamanı göy qurşağı (LGBT) və Ukrayna bayrağı rəngli kapitan sarğılarının taxılmasından gedir.

Bildirilib ki, Tadiç bir sıra digər millilərin kapitanlarından fərqli olaraq, bu aksiyalarda iştirak etməyəcək.

Xatırladaq ki, dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Mənbə: championat.ru

0.43769788742065