Bakıda minik avtomobili yanıb, 1 nəfər zəhərlənib

 

Bakı şəhərinin Suraxanı rayonunda “Saipa" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər sərnişin tüstüdən zəhərlənmiş halda avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.35862803459167