Fuad Muradov: “Paris istisna olmaqla heç bir Azərbaycan evinə hücum olmayıb”

“Paris istisna olmaqla bu günə qədər diasporumuzun nəzdində olan heç bir Azərbaycan evinə hücum olmayıb. Parisdə baş verən hücum zamanı polisin vaxtında müdaxiləsi nəticəsində vəziyyət stabilləşdi”. 

Xeber-ps.com xəbər verir ki, bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Fuad Muradov deyib. 

Onun sözlərinə görə, hücum zamanı UNESCO ilə birgə tədbir keçirilirdi və bu tədbir zamanı onlar da düşmənin mədəniyyətini görmüş oldu:

“Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan diasporu ayaqdadır. 50-dən çox bəyanat vermişik və bunların bir çoxuna rəsmi münasibətlər gəlib”. 

O bildirib ki, Latın Amerikası, bəzi ərəb ölkələrində bizim diasporumuz fəaliyyət göstərmir:

“Lakin buna baxmayaraq, bizim diasporumuz baş verən hadisələrlə bağlı bu ölkələrdəki rəsmilərə geniş məlumatlar verir. Adekvat tədbirlər qeyri-qanuni hərəkətlərdən, aksiyalardan daha çox effektlidir”.

Könül Cəfərli

0.43770599365234