Səadət Yusifova: “Dünyada analitik mərkəzlərin 25 faizi fəaliyyətini dayandıracaq”

“Bəzi hesablamalara görə, dünya üzrə analitik mərkəzlərin 25 faizi fəaliyyətini dayandıracaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Bakıda Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, digər postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da beyin mərkəzləri Sovet İttifaqının dağılmasından sonra formalaşmağa başlayıb:

“Əslində, son bir neçə ildə Azərbaycanda beyin mərkəzləri artır. Bu, obyektiv araşdırmaya tələbatın artmasından xəbər verir. Onları daxili və xarici siyasətlə məşğul olmaqla iki yerə bölmək olar. Amma bu, şərtidir. Çünki müasir dünyada xarici və daxili siyasət bir-biri ilə bağlıdır”.

“Ukraynadakı müharibə fonunda dünya liderləri BMT-də islahatlardan danışmağa başlayıblar. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələyə toxunub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qərarlarını özü icra etdi. Bu, ilk belə hal idi”, - S.Yusifova əlavə edib.

0.4088249206543