Ağsuda evdən 6 min manatlıq oğurluq edən qardaşlar saxlanıldı

 

Ağsuda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisindəki evlərin birindən 6287 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri C.Səlimov, R.Kərimov və qardaşı saxlanılıblar.

0.32922697067261