Bakıda itkin düşmüş kişinin cəsədi quyudan tapıldı

Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində quyudan təxminən 40-45 yaşlarında kişinin çürümüş cəsədi tapılıb.

Bu barədə Xeber-ps.com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cəsəd narkotik alverinə görə məhkumluq həyatı yaşamış paytaxt sakini Loğman Əliyevə məxsusdur.

Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Təxminən iki həftə əvvəl həyatını itirən L.Əliyevin ölüm səbəbi hələlik məlum deyil. Həmin dövrdə onun itkin düşməsi barədə polisə məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlayıb.

Ramella İbrahimxəlilova

0.36123704910278