Mahir Emreli oynasa da, oynamasa da, Kiprə gedəcək

“Qarabağ” zədəli olan futbolçusu Mahir Emrelini də Kiprə aparacaq.

Bu barədə Xeber-ps.com-a Ağdam klubundan məlumat veriblər.

Komandanın hücumçusu Mahir Emreli Azərbaycan Premyer Liqasının II turunun “Keşlə” ilə matçında ayağı burxularaq zədələnib. O, 42-ci dəqiqədə Elvin Cəfərquliyevlə əvəzlənib.

Onun sentyabrın 16-da UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin Larnaka şəhərində keçiriləcək Norveçin “Molde” komandası ilə oyunda iştirak edib-etməyəcəyi bilinmir. Bununla belə, 23 yaşlı futbolçu sabahkı Kipr səfərində təyyarədə yerini alacaq.

Səbuhi Musayev

0.34421491622925