Rusiyada yeraltı dayanacaqda maşın partladan şəxs axtarılır – VİDEO

Rusiyada naməlum şəxs yaşayış binasının yeraltı dayanacağında avtomobil partladıb. Yaroslavlda baş verən hadisə anbaan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Kadrlarda əlində paket olan kişinin dayanacağa daxil olaraq maşınlardan birinin qapısını zorla açması əks olunur. Bundan sonra həyəcan siqnalının səsi eşidilir, bir neçə saniyə sonra isə partlayış baş verir.

Hadisəni törədən şəxs qaçıb.

Yanğınsöndürənlər gələn zaman yeraltı dayanacaq tamamilə tüstüyə bürünüb. Yanğın bir saat ərzində söndürülüb. 

Sakinlər yaşayış binasından təxliyə olunublar.

Hadisə ilə əlaqədar istintaq başlanılıb.

Mənbə: Yaroslavskiy Region

0.34212398529053