Şüvəlanda 41 yaşlı qadını yol kənarında avtomobil vurub

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Şüvəlan qəsəbəsində avtomobil yol kənarında dayanan 1981-ci il təvəllüdlü Ağayeva İsmira Qəhrəman qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

0.35714602470398