Təcridxanadakı qardaşına narkotik ötürmək istəyən şəxs tutuldu - FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Rauf Əliabbas oğlu İbrahimovla görüşə gəlmiş qardaşı Rafiq İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman cibində gizlədilmiş sellofanda ümumi çəkisi 1,178 qram narkotik maddə - tiryək aşkar edilib.

Daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin, Bakı istintaq təcridxanasının əməliyyat aparatının və Sabunçu Rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində vətəndaş R.Ə.İbrahimovun evində axtarış aparılıb. Bu zaman orada gizlədilmiş 33 ədəd narkotik tərkibli dərman preparatı və ümumi çəkisi 37 qram müxtəlif növlü narkotik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

0.39973998069763