Şəmkirdə “Mercedes Vito” ilə VAZ toqquşdu, yaralı var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla VAZ markalı minik maşını toqquşub.

Qəza zaman VAZ-ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Mikroavtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

0.39679908752441