"Bu mübariz qəhramanlar Vətənə, müstəqil Azərbaycana və Bayrağa sevgisini, məhəbətini mubarizə aparıb qoruyublar və bizlərə nəsib ediblər"

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Dövlət Bayrağı günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. Təbrikdə deyilir:

Əziz Xalqım!

9 noyabr 1918-ci ildə  Azərbaycan Demokratik Respublikasının ilk baş naziri Fətali xan Xoyski Milli Bayraq haqqında Nazirlər Kabinetinin qərarını imzaladı. Bayrağımızda olan üç rəngi - Türkçülük, İslamçılıq və Müasirlik ideyaları birləşdirdi. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, milli ideologiyasının ifadəsidir. Üç rənqli Milli Bayrağımız Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır.

23 ay dalğalanan Milli bayrağımız  dünyada müstəqil ölkələr sırasında oldu. Milli Bayrağımızdan 70 il ayırlmasına baxmayaraq xalqın əziyyətlə əldə etmiş üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə bu illər boyu bu bayrağı yenidən yaşatmaq üçün mübariz olan minlərlə insan olub.

Bu mübariz qəhramanlar Vətənə, müstəqil Azərbaycana və Bayrağa sevgisini, məhəbətini mubarizə aparıb qoruyublar və bizlərə nəsib ediblər. Bu bayrağı, dövləti və  müstəqilliyimizin qorunması uğrunda minlərlə şəhidimiz olub. 

Dövlət Bayraq günümüz mübarək olsun!

Tanrı əsgərlərimizi qorusun!

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının sədri

0.52927303314209