Etik əndazəni ilk dəfə aşan deputatlar bağışlanacaq – YENİLİK

Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

Xeber-ps.com-ın parlamentdən əldə etdiyi məlumata görə, bununla bağlı Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsində yazılıb.

Layihə sentyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İntizam komissiyasının birgə iclasında müzakirə olunacaq.  

Bildirək ki, hazırkı qanunvericiliyə əsasən, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda mandatına xitam verilir.

Aqşin Kərimov

0.40633010864258