Breyvik azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib

Norveçli terrorçu Anders Breyvik vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

TASS agentliyi xəbər verir ki, Norveç qanunvericiliyinə əsasən, səkkiz ildən çox həbsdə olan şəxs azadlığa çıxmaq üçün vəsatət vermək hüququna malikdir.

Xatırladaq ki, A. Breyvik 22 iyul 2011-ci ildə iki terror aktı törədib. Əvvəl o, Osloda hökumət binasının yerləşdiyi məhəllədə partlayış törədib. Hadisə nəticəsində səkkiz nəfər həlak olub. Bundan sonra cinayətkar Norveç Fəhlə Partiyasının Yutoya adasındakı gənclər düşərgəsinə yollanaraq, 69 nəfəri qanına qəltan edib.

Məhkəmə Breyviki 21 il müddətinə azadlıqdan məhrum edib. Bu, Norveçdə məhbusa verilən ən böyük cəzadır.

0.37464499473572