DÇ-2022-də bir dəqiqə belə oynadılmayan və unudulan futbolçuların adları açıqlandı

 

Qətərdə keçirilən 2022-ci il Dünya Çempionatında futbol qarşılaşmaları davam etdiyi müddətdə bir çox ulduz və ulduz olmağa namizəd futbolçular hələ də məşqçilərindən forma gözləyir.

Çempionatda bir dəqiqə belə oynadılmayan, meydana çıxarılmayan və unudulan futbolçuların adları açıqlanıb.

Bu oyunçular sırasında Lukas Torreyra (Uruqvay), Vitinha (Portuqaliya), Xavi Simons (Hollandiya), Luka Joviç (Serbiya), Ter Steqen (Almaniya), Kamavinqa (Fransa), Alexander Arnold (İngiltərə), Dani Alves (Braziliya), Fabinho (Braziliya), Juan Foyt (Argentina), Angel Korrea (Argentina), Paulo Dibala (Argentina), Pablo Sarabia (İspaniya), Ansu Fati (İspaniya) kimi futbolçuların adları var.  

Mənbə: Haber Global

0.35330605506897