Azərbaycanda Türkiyə əleyhinə filmin nümayişinin qarşısı alınmalıdır!

Almaniyanın Azərbaycandakı səfirliyi Avropa İttifaqı ilə birlikdə hazırladıqların filmin nümayişini anons edib. 

Xeber-ps.com xəbər verir ki, film “Landmark” plazada təqdim edilə bilər. 

Ekran işinin təqdimatı dekabr ayının əvvəllərinə planlaşdırılıb. 

Filmdə cərəyan edən hadisələr əslən İraqdan olan Rojda adlı qadının həyat hekayəsini əhatə edir. Belə ki, o əslən kürddür və Almaniya ordusunda xidmət edir. O, anası ilə İraqdan qaçarkən bacısı itkin düşür. Rojda bacısını axtarmaq üçün təyinatını vətəninə saldırır və burada kürd pəşmərgə silahlılarına təlimlər keçir. Bu səpkidə ssenarini özündə ehtiva edən film heç bir halda Azərbaycanda nümayiş etdirilə bilməz. PKK kimi dünya səviyyəsində terrorçu qruplaşma olaraq tanınan dəstənin təbliğatının aparıldığı filmin ali demokratik dəyərlərin, sülhün və tolerantlığın siyasi kursda əsas götürüldüyü bir ölkədə, Azərbaycanda yayımlanması yolverilməzdir. 

Türkiyə dövlətinin ərazi bütövlüyünə, suverenliyinə hər hansı bir formada xələl gətirəcək istənilən addımı qətiyyətlə pisləyirik və bildiririk ki, bu istiqamətdə formalaşan istənilən cəhdin qarşısı alınacaq. 

Bir digər maraqlı məqam isə ondan ibarətdir ki, filmin nümayişinin planlaşdırıldığı plazanın sahibi də məhz qardaş Türkiyə vətəndaşıdır. 

Qeyd edək ki, film yerli kinoteatrlarda nümayiş etdirilməyib. 

0.42900681495667