Gəncədə ağır qəza: Ana və oğlu xəsarət aldılar

Gəncədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Xeber-ps.com xəbər verir ki, hadisə zamanı “Chevrolet” və VAZ markalı avtomobillər toqquşub. 

Qəza ilə bağlı saytımıza açıqlama verən DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Hadisə zamanı xəsarət alan 1895-ci il təvəllüdlü, “Chevrolet” markalı avtomobilin sürücüsü Təbriz Əliyev, həmin avtomobildə olan sərnişin, sürücünün anası 1974-cü il təvəllüdlü Tacirə Ələsgərova və VAZ markalı avtomobilin sərnişini, 2003-cü il təvəllüdlü Gülnarə Mədətova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Yaralıların vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

0.44007086753845