Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

Azərbaycanda son sutkada 406 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 91, ikinci doza vaksinlərin sayı 83 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 191-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 41 olub.

Vurulan vaksinlərin ümumi sayı 13 922 762, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 935, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 045, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 796, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 986 nəfər təşkil edir.

0.42057299613953