Almaniyada dağ yəhudilərinin Azərbaycana məhəbbətini tərənnüm edən filmin təqdimatı keçirilib - FOTO

Almaniyanın Münhen şəhərində yerləşən Yəhudi Mədəniyyət Mərkəzində azərbaycanlı rejissorlar Rüfət Əsədovun və Vüsal Nazımoğlunun“Peygəmbər Yereminin göz yaşları” filminin təqdimatı keçirilib. 

Bu barədə Diasporla İş üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təqdimat mərasimi Almaniyadakı Azərbaycan diasporunun fəallarından biri, əslən bakılı olan dağ yəhudisi Emin Salimov tərəfindən təşkil olunub.  

Film əslən Azərbaycandan olan, dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin Azərbaycana məhəbbətindən bəhs edir. 

Filmin təqdimatında Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndəsi Ülvi Nağıyev, Almaniya Yəhudi İcmasının fəallarından Emin Salimov, German Cantaliyev, Münhen və Yuxarı Bavariya İsrail Mədəniyyət Mərkəzinin prezidenti Şarlotta Knoblox, Yəhudi mədəniyyəti və ənənələrinə dəstək təşkilatını sədri Andrey Horovic, Beynəlxalq Azərbaycan-İsrail Assosiasiyasının nümayəndələri Yeganə Salman, Şhaul Siman-Tov, Mixail Salman, Şmuel Simantov, “Münhen Qafqaz yəhudiləri İctimai Birliyinin” rəhbəri Firuzə Yushvayeva, Avropada yaşayan yəhudi və Azərbaycan təşkilatlarının nümayəndələri iştirak ediblər.

1.2462491989136