Dekabrda Bakıya qar yağacaq?

“Dekabrın 7-nə kimi hava soyuq olacaq”.

Lent.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, dekabr ayında şaxta gözlənilmədiyi üçün yağıntılar yağış şəkilində olacaq:

“Paytaxtda bu müddət ərzində ən soyuq havanın dekabrın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperatur biri-birinə yaxın, 3-6 dərəcə isti olacaq. Ötən gün dekabr ayı üçün nisbətən soyuq hava qeydə alınıb və havanın temperaturu iqlim normasından 2,3 dərəcə aşağı olub.

Bu ay ən çox şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir. Dekabrda şaxta gözlənilmir. Ona görə də Abşeron yarımadasında yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər”.