Beyləqanda bir ailənin dörd üzvü odlu silahla qətlə yetirildi - YENİLƏNİB

Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.

APA-nın əldə etdiyi məlumata görə, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə ikisini isə nəfər isə yol kənarında güllələyib.

23:49

Beyləqanda bir ailənin dörd üzvü öldürülüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin dörd üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

0.41659808158875