DÇ-2022: Kamerun - Braziliya oyununda 2-ci hissə başlayıb - YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyununda 2-ci hissə başlayıb.

Hələlik qarşılaşmada hesab açılmayıb.

00:00

Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıb.

23:03

Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

22:16

Qətərdə keçirilən dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Kamerun və Braziliya yığmalarının start heyətləri açıqlanıb.

Xeber-ps.com-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kamerun: Devis Epassi, Kollins Fai, Nuhu Tolo, Pyer Malonq Kunde, Zambo Angiza, Brayan Mbeumo, Erik Şupo-Motinq, Kristofer Vu, Entso Eboss, Mumi Nqamalyo, Vensan Abubakar

Braziliya: Ederson, Eder Militao, Aleks Telles, Daniel Alves, Fred, Fabinyo, Rodriqo, Antoni, Qabriel Jezus, Qabriel Martinelli

Qeyd edək ki, oyun saat 23:00-da start götürəcək.

0.38052105903625