TƏBİB rəsmisi Tofiq Yaqublunun vəziyyəti haqqında: “Həyati təhlükəsi yoxdur“ - YENİLƏNİB

“Lazım olan bütün zəruri tibbi tədbirlər görülür. Müvafiq olaraq qida qəbul eləməsə də, orqanizmə lazım olan məhlullar köçürülür”.

Bu sözləri Xeber-ps.com-a açıqlamasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev deyib. O bildirib ki, tibbi müdaxilənin hesabına T.Yaqublunun bugünkü vəziyyəti stabil olaraq saxlanılır:

“Onun vəziyyəti ilə bağlı şərait yaradılıb. Tibbi yardımı adekvatdır. Həyati təhlükəsi yoxdur. Ancaq aclığı dayandırması çox vacibdir. Bunu həm biz, həm də həkim heyəti ona tövsiyə edib. Orqanizmi daha da pis vəziyyətə gətirməmiş aclığı dayandırsa, daha yaxşı olar”.

21:01

“Tofiq Yaqubluya tibbi baxış keçirildi. Onun ümumi vəziyyəti kafi-ağır olaraq qiymətləndirildi”.

Bu barədə Xeber-ps.com-a açıqlmasında TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev deyib.

O bildirib ki, T.Yaqublunun təcili surətdə aclıq prosesini dayandırması təklif edilib:

“Aclıq aksiyası davam edərsə, metobolizmada gedən dəyişikliklər arta, onun vəziyyəti də ağırlaşa bilər. Hazırda vəziyyəti qiymətləndirilib və həyati təhlükəsi yoxdur. Amma ümumi fonda vəziyyəti kafi-ağır olaraq qiymətləndirilir”. 

O, qeyd edib ki, T.Yaqublu yemək yeməsə də, su qəbul edir.

0.37620282173157