Rafael Mehdiyev: “Hazırda Tofiq Yaqublunun həyati təhlükəsi yoxdur” - VİDEO

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev T.Yaqublunun vəziyyəti haqqında danışıb. 

O Baku TV-yə bildirib ki, lazım olan bütün zəruri tibbi tədbirlər görülür:

“T.Yaqublu müvafiq olaraq qida qəbul eləməsə də, orqanizmə lazım olan məhlullar köçürülür. Tibbi yardımı adekvatdır. Həyati təhlükəsi yoxdur. Ancaq aclığı dayandırması çox vacibdir”.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev də Tofiq Yaqublunun təcili surətdə aclıq prosesini dayandırmasını təklif etdiklərini bildirib. 

0.68433499336243