Bakı-Sumqayıt qatarından şikayət: “Soyuqdan qatarda oturmaq olmur”

Sakinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarında havanın hərarətinin soyuq olmasından şikayət edirlər. Onların sözlərinə görə, qatarda kondisioner havanı çox soyudur.

Bununla bağlı sərnişinlər sosial şəbəkədə paylaşım edirlər. Onlar şifahi formada qatar bələdçilərinə şikayətlərini bildirsələr də, tədbir görülmədini bildirirlər:

“Qışda istidən soyuğa, yayda soyuqdan istiyə çıxırıq. 50 dəqiqə yol gedirik, soyuqdan qatarda oturmaq olmur. Xahiş edirik, bu məsələ ilə bağlı bir tədbir görülsün”.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən Xeber-ps.com-a bildirilib ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətində fəaliyyət göstərən ikimərtəbəli elektrik qatarlarında mikroiqlim nəzarəti sistemi var:

“Vaqonlardakı kondisionerlər həmin sistemə qoşulub. Havanın tempraturuna uyğun olaraq kondisionerlər avtomatik tənzimlənir. Buna da ayrıca nəzarət sistemi var. Yəni, havanın hərarəti necədirsə, kondisionerlər də o şəraitə uyğun işləyir”.

Könül Cəfərli 

0.36671710014343