Bakıda avtomobillərin toqquşması nəticəsində sərnişin yaralandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1977-ci il təvəllüdlü Salamova Gülnarə Hətəm qızı bədən xəsarətləri alıb.

Yaralı təcili yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.38657689094543