Maştağa-Zabrat yolunda “Mitsubishi” ağaca çırpıldı, içindəki üç nəfəri FHN xilas etdi - FOTO

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb.

“Mitsubishi” markalı avtomobillə hərəkətdə olan sürücü idarəetməni itirib. Avtomobil şosedən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Avtomobildə olan sürücü və iki sərnişin salonda sıxışıb qaldığından əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidnmətinin əməkdaşları gəlib.

Avtomobildə olan üç nəfər çıxarılaraq təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

0.33494114875793