İspaniya Kuboku: “Barselona” mərhələni darmadağınla keçdi

İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Çempionatın hazırki lideri “Barselona” səfərdə 3-cü divizion komandası “Seuta” ilə qarşılaşıb.

Katalon klubu gözlənildiyi kimi asan qələbə əldə edib. Qonaqlar ev sahiblərinin qapısından 5 cavabsız top keçiriblər - 0:5. Levandovski dublla yadda qalıb.

Qeyd edək ki, hazırda “Barsa”nın əzəli rəqibi Madrid “Real”ı da turnir çərçivəsində “Vilyareal”ın qonağıdır. 

0.38755702972412