Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək

Gənclər və idman naziri Fərid Qayıbovun prezidenti olduğu Avropa Gimnastikasının (EG) İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək.

Xeber-ps.com-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, yığıncaq bu il 22-23 mayda Azərbaycan paytaxtında təşkil olunacaq.

Bununla bağlı qərar EG-nin bu gün İsveçrənin Lozanna şəhərində baş tutan iclasında qəbul edilib.

Bakıdakı yığıncaqda müxtəlif nüfuzlu yarışlara ev sahibliyi edəcək ölkələrin adları təsdiqlənəcək.

0.34365892410278