Azlıqda qalan PSJ öz meydanında xal itirdi - VİDEO

PSJ Liqa 1-in 20-ci turunda “Reyms”i qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçsə də, bu, hsabda öz əksini tapmayıb.

Belə ki, 51-ci dəqiqədə Neymarın qolu ilə önə keçən paytaxt komandası artıq 8 dəqiqə sonra azlıqda qalıb. Veratti PSJ-ni əlverişsiz vəziyyətdə qoyub.

Qonaqlar say üstünlüyündən yalnız 90+6-cı dəqiqədə istifadə edə biliblər - 1:1.

Bu nəticədən sonra PSJ 48 xalla liderliyini davam etdirir. “Reyms” isə 26 xalla 11-cidir.

 

0.41189408302307