Navas karyerasını Premyer Liqada davam etdirəcək

Keylor Navas karyerasını Premyer Liqada davam etdirəcək.

“Nottingem Forest” PSJ ilə 36 yaşlı qolkiperin transferi ilə bağlı razılığa gəlib, Kosta-rikalının özü ilə müqavilə artıq razılaşdırılıb.

Transferin strukturu və onun iqtisadi şərtləri açıqlanmayıb.

Qeyd edək ki, bu mövsüm Navas PSJ-nin heyətində yalnız Fransa Kubokunda iki oyun keçirib.

Mənbə: sports.ru

0.52204418182373