Təhlükəsizlik üzrə ekspert: “İran separatçı rejimə təlim keçir” - VİDEO

“Müstəqillik əldə edəndən bəri İranın Azərbaycana münasibəti bəllidir. Onlar bizim müstəqilliyimizi qəbul edə bilmədilər. Vətən müharibəsindəki qələbədən sonra isə əsl simalarını ortaya qoydular”.

Bu fikirləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Baku TV-nin “Baku Analitik” verilişində səsləndirib.

O, gərginliyi artıran tərəfin İran olduğunu qeyd edib:

“İran daxilindəki iğtişaşlara baxmayaraq, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirdi, hədələr göndərdi. Ardınca Ermənistan vasitəsilə separatçı rejimə 600 ədəd tank əleyhinə idarə olunan raket kompleksi göndərdilər”, - deyə ekspert vurğulayıb.

Daha ətraflı süjetdə:

0.4346969127655