Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI + FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

Bakı-Sumqayıt şosesi, “Xırdalan dairəsi” istiqamətində;

Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən akademik Həsən Əliyev küçəsi istiqamətində;

Yusif Səfərov küçəsi, mərkəz istiqamətdə;

Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

0.44020581245422