Bir ayda sərhəddə 155 kiloqrama yaxın narkоtik vasitə ələ keçirilib

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 154 kq 700 qram narkоtik vasitə və 9490 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidmətindən Xeber-ps.com-a verilən xəbərə görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 1 milyon 790 min 484 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları və spirtli içkilər saxlanılıb.

Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

0.44765591621399